Ramazan Əli oğlu Nəbiyev 2 may 1987-ci ildə Ağdaş rayonunda anadan olub. Ali təhsilin bakalavr səviyyəsini “Qida mühəndisliyi” ixtisası üzrə Türkiyə Respublikasının Ankara Universitetində, magistr təhsilini isə Biznesin təşkili və idarə edilməsi (MBA) üzrə ADA Universitetində alıb.
2013-2018-ci illərdə özəl sektorda qida mühəndisi və texnoloq vəzifələrində çalışıb.
2018-2024-cü illərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi, İdxal və ixraca nəzarət şöbəsinin və Qida təhlükəsizliyi şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərib.
2024-2026-cı illərdə AQTA-nın tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədrinin müavini vəzifəsində çalışıb.
15 iyul 2026-cı ildə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin əmri ilə AQTA-nın tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
İngilis dilini bilir.
Ailəlidir, 1 övladı var.
Balarəhim Mirzəağa oğlu Quliyev 25 dekabr 1967-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini 1984-1992-ci illərdə Qidalanma gigiyenası üzrə sanitariya həkimi ixtisası istiqamətində Azərbaycan Dövlət Tibb Universitetində alıb.
1992-2005-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzində Qida gigiyenası həkimi vəzifəsində çalışıb. 2005-2010-cu illər ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2010-2014-cü illərdə özəl tibb şirkətində biznesin inkişafı üzrə menecer və direktor müavini vəzifəsində çalışıb. 2014-2015-ci ilin aprel ayınadək Suraxanı Tibbi Bərpa Mərkəzində direktor vəzifəsini icra edib. 2015-ci ilin aprel ayından 2018-ci ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində rəis müavini vəzifəsində çalışıb. 21 yanvar 2018-ci il tarixindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Təftiş və dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsini icra edib.
9 iyul 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib. 2026-cı ilin iyul ayınadək bu vəzifəni icra edib. 1 sentyabr 2026-cı ildə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub.
Dövlət qulluğunun kiçik müşaviridir.
Ailəlidir, bir övladı var.
Sulyayeva Elina Vəzirovna 1989-ci il yanvarın 29-da Bakı şəhərində anadan olub. 2007-ci ildə Bakıda 201 nömrəli tam orta məktəbi fərqlənmə attestatı, 2011-ci ildə Bakı Dövlət Universitetini (BDU) tətbiqi kimya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2013-cü ildə BDU-da neft kimyası ixtisası üzrə magistr təhsilini fərqlənmə diplomu ilə başa vurub.
2013-2017-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində mütəxəssis-kimyaçı və böyük mütəxəssis-kimyaçı, 2017-2018-ci illərdə Azərbaycan Standartlaşdırma İnstitutunda aparıcı ekspert-kimyaçı vəzifələrində işləyib. 2018-2023-cü illərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) kimyaçı, bölmə rəhbəri, laboratoriya müdiri və departament müdiri vəzifələrini icra edib. 2023-ci il iyun ayının 16-dan AQTİ-nin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır. Rus və ingilis dillərini bilir.
Ailəlidir, 2 övladı var.
Elxan Nurəhməd oğlu Əhmədov 1987-ci il sentyabrın 14-də Bakı şəhərində anadan olub. 2009-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bakalavr dərəcəsi üzrə bitirib. 2009-2010-cu illərdə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın Bristol Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə magistr təhsilinə yiyələnib.
2011-2016-ci illərdə “Qaya Real Estate” MMC-də məsləhətçi və menecment üzrə direktor müavini, 2018-2024-cü illərdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) sədrin köməkçisi, Regional bölmələr və tabeli qurumlarla iş sektorunun müdiri, Bakı regional bölmənin rəisinin müavini, Daxili nəzarət və regional bölmələrlə iş sektorunun müdiri, Protokol sektorunun müdiri, Qeydiyyat və reyestrlərin aparılması şöbəsinin müdiri vəzifələrində işləyib. 2024-cü il sentyabrın 2-dən AQTA-nın tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədrinin müavini vəzifəsində çalışır.
Rus və ingilis dillərini bilir.
Ailəlidir, 2 övladı var.
Qocayeva Tünzalə Firdovsi qızı 1988-ci il dekabrın 25-də Ağstafa rayonunda anadan olub.
2010-cu ildə Bakı Dövlət Universitetinin (BDU) Kimya fakultəsinin bakalavr dərəcəsini fərqlənmə diplomu ilə bitirib. 2012-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Kompazisiya materialları kimyası ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib.
2013-2014-cü illərdə Azərbyacan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunda böyük laborant, 2014-2017-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsində böyük ekspert kimyaçı, 2017-2018-ci illərdə “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsində baş ekspert vəzifəsində çalışıb. 2018-2023-cü illərdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutununda kimyaçı, keyfiyyətə nəzarət üzrə mütəxəssis, Keyfiyyətə nəzarət departamentində Daxili audit şöbəsinin müdiri-departament müdirinin müavini, Keyfiyyətə Nəzarət Departamentinin müdiri vəzifələrində çalışıb. 2023-2025-ci il tarixlərində Analitik Ekspertiza Mərkəzinin müdiri vəzifəsində fəaliyyət göstərib. 27.11.2025-ci il tarixindən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədrinin müavini vəzifəsində çalışır.
Rus və ingilis dillərini bilir.
Ailəlidir, 2 övladı var.