arrow

“Chinar” restoranı

“Chinar” restoranı
31-10-2025 00:00

“Chinar” restoranı Londonun beynəlxalq restoran üzrə ixtisaslaşmış "Blue Sky Hospitality" şirkəti tərəfindən yaradılıb.  Restoranda Asiya mətbəxinin orijinal xüsusi yeməkləri təklif olunur. 

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən həyata keçirilən “Ulduz-reytinq” layihəsi çərçivəsində “Chinar” restoranında qiymətləndirmə aparılıb. Nəticələrə əsasən, müəssisənin qida təhlükəsizliyi, xidmət keyfiyyəti, fəaliyyət standartlarına uyğunluğu sistemli şəkildə ölçülərək qiymətləndirilib və 31 oktyabr 2025-ci il tarixində restorana “5 ulduz” sertifikatı təqdim olunub.