arrow

“Dükkan Khatai”

“Dükkan Khatai”
10-10-2025 00:00

“Dükkan Khatai” restoranı 2024-cü ildən fəaliyyətə başlayıb. Bu restoran 2016-cı ildən etibarən fəaliyyətə başlayan “Dükkan Projects” layihəsi çərçivəsində yaradılıb. 

Fəaliyyətə başladıqdan qısa müddət sonra “Dükkan Khatai” restoranında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Ulduz-reytinq” layihəsi çərçivəsində qiymətləndirmə aparılıb. Qiymətləndirmə zamanı bu restoranda qida təhlükəsizliyi tələblərinin yüksək səviyyədə tətbiq edildiyi müəyyənləşib və 10 oktyabr 2025-ci il tarixində “Dükkan Khatai” restoranına “5 ulduz” sertifikatı təqdim edilib.