Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
1965-ci ildən yaranan “Günaydın” brendi Azərbaycan və Türkiyə daxil olmaqla 60 filialdan ibarət restoranlar şəbəkəsidir. Ölkəmizdə isə “Günaydın” restoranı 2012-ci ildən fəaliyyətə başlayıb.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən həyata keçirilən “Ulduz-reytinq” layihəsi çərçivəsində “Günaydın” restoranının Nərimanov filialında qiymətləndirmə aparılıb. Aparılan yoxlamaların nəticələrinə əsasən müəssisədə qida təhlükəsizliyi tələblərinin yüksək səviyyədə tətbiq olunduğu müəyyən edilib və 17 fevral 2026-cı il tarixində "Günaydın Restaurant & Steak House" – Nərimanov filialına ən yüksək göstərici sayılan “5 ulduz” sertifikatı təqdim olunub.