arrow

“Mangal Steak House Bayıl”

“Mangal Steak House Bayıl”
04-11-2024 00:00

“Mangal Steak House” restoranı Bakıda öz fəaliyyətinə 2017-ci ildən başlayıb. Restoranda Bakı sakinləri və turistlərə steyklərlə yanaşı, Avropa və Azərbaycan mətbəxinin ənənəvi təamları təqdim olunur. 

2024-cü ildə sahibkarlıq subyektinin müraciəti əsasında “Manqal” MMC-yə məxsus “Mangal Steak House Bayıl” restoranında “Ulduz-reytinq” layihəsi çərçivəsində qiymətləndirmə aparılıb.  Nəticələrə əsasən, müəssisədə qida təhlükəsizliyi tələblərinin yüksək səviyyədə tətbiq olunduğu müəyyən edilib və 4 noyabr 2024-cü il tarixində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən restorana “5 ulduz” sertifikatı təqdim olunub. 

Qeyd edək ki, “Mangal Steak House” restoranı “5 ulduz” reytinqinə layiq görülən ilk ictimai iaşə müəssisəsidir.