Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
“MANZARA” restoranı Bakıda öz fəaliyyətinə 2022-ci ildən başlayıb. Restoranın mətbəx konsepsiyasının əsasını Azərbaycanın zəngin və qədim milli kulinariya irsinin müasir təqdimatla yaşadılması, eləcə də dünya mətbəxinin seçilmiş nümunələri təşkil edir.
2026-cı ildə sahibkarlıq subyektinin müraciəti əsasında “City Service Company” MMC-yə məxsus MANZARA restoranında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) həyata keçirdiyi “Ulduz-reytinq” layihəsi çərçivəsində qiymətləndirmə aparılıb. Qiymətləndirmənin nəticələrinə əsasən, müəssisədə qida təhlükəsizliyi tələblərinin yüksək səviyyədə tətbiq olunduğu müəyyən edilib və 23 noyabr 2026-cı il tarixində restorana ən yüksək göstərici olan “5 ulduz” sertifikatı təqdim olunub.