arrow

AQTİ komandasında çalışmaq üçün Video redaktor (montajçı) vəzifəsinə namizəd axtarır

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) komandasında çalışmaq üçün Video redaktor (montajçı) vəzifəsinə namizəd axtarır.

Kreativ düşüncəyə, vizual zövqə və peşəkar montaj bacarıqlarına sahibsinizsə, komandamıza qoşulun!

Vəzifə öhdəlikləri:

- Uzunformatlı videoların, qısa videoların (Reels), reklam və təqdimat çarxlarının montaj edilməsi;

- Video materialların məzmun və məqsədə uyğun hazırlanması;

- İnstitutun brend üslubuna uyğun vizual materialların yaradılması;

- Video və audio materialların keyfiyyətinin təmin edilməsi;

- Komanda ilə birgə işləmək və tapşırıqları vaxtında icra etmək.

Namizədə tələblər:

- Ali təhsil

- Video montaj sahəsində minimum 2 il iş təcrübəsi;

- Adobe Premiere Pro və Adobe After Effects proqramlarında işləmək bacarığı;

- Kreativ yanaşma, peşəkar montaj bacarığı və vizual zövq;

- Məsuliyyətlilik və tapşırıqları müəyyən olunmuş müddətdə yerinə yetirmək bacarığı;

- Portfolio təqdim etmək.

Maraqlanan namizədlər CV-lərini və portfolio nümunələrini mövzu hissəsində “Video redaktor (montajçı)” qeyd etməklə hr.aqti@afsa.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Uyğun namizədlər növbəti mərhələyə – müsahibəyə dəvət olunacaqlar.

 Son müraciət tarixi: 01.12.2026

Müraciət forması

01
Haqqımızda
02
Təhsil
03
İş təcrübəsi
04
Dil bilikləri
05
Digər
Əlavə et
Əlavə et
Şəkil əlavə et
CV yüklə
CAPTCHA
close