
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin nəzdində ölkədə qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığının qorunması və karantin nəzarətinin həyata keçirilməsində mühüm rol oynayan 17 laboratoriya fəaliyyət göstərir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Bakı Regional Sınaq Laboratoriyası ISO 17025-2017 beynəlxalq standartının tələbinə uyğun fəaliyyət göstərərək ölkədə istehsal olunan, eləcə də idxal-ixrac edilən qida məhsullarında və suda təhlükəsizlik və keyfiyyət göstəricilərinin müayinəsinin həyata keçirilməsi istiqamətində ixtisaslaşıb.
ƏtraflıAzərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyanın əsas fəaliyyət istiqaməti bitki, bitkiçilik məhsulları və karantin nəzarətində olan materiallarda zərərli orqanizmlərin aşkarlanması və diaqnostikasından ibarətdir. Laboratoriya bitki və bitkiçilik məhsullarının beynəlxalq bazarlara çıxışına dəstək verilməsində və ölkə ərazisində fitosanitar sabitliyin təmin edilməsində mühüm rol oynayır.
ƏtraflıAzərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyanın Meyvəli-karantin ekspertiza bölməsində idxal, ixrac, daxili daşınma və monitorinq təyinatlı bitki və bitkiçilik məhsullarında fitosanitar müayinələr həyata keçirilir. Belə ki, bölməyə daxil olan nümunələrdə beynəlxalq standartlara uyğun sınaq metodları ilə entomoloji, herboloji, fitohelmintoloji istiqamətli sınaqlar aparılır. Sınaqlar çərçivəsində bitki və bitkiçilik məhsullarında karantin tətbiq edilən və edilməyən, eləcə də fitosanitar risk daşıyan zərərvericilərin, alaq otları və toxumlarının, fitopatogen nematodların aşkarlanması və morfoloji əlamətlərinə əsasən növ təyini həyata keçirilir. Meyvəli-karantin ekspertiza bölməsi AZS ISO/IEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartı üzrə akkreditasiyadan keçib.
ƏtraflıAzərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratroiyası müasir maddi-texniki bazaya malik olan və beynəlxalq tələblərə cavab verən ikinci səviyyəli biotəhlükəsizlik laboratoriyasıdır. Laboratoriyada patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələr həyata keçirilir.
ƏtraflıAzərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli Referens Laboratoriyasında qida və kənd təsərrüfatı məhsullarının keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, kimyəvi-toksikoloji, radioloji, parazitoloji, fiziki-kimyəvi, GMO və mənşə təyini üzrə müayinələri həyata keçirilir. Laboratoriyanın nəzdində həmçinin səyyar tipli qida laboratoriyası fəaliyyət göstərir. Bu laboratoriya xüsusi dövlət tədbirləri və kütləvi zəhərlənmə hallarında dərhal müayinənin aparılması üçün hazırlanıb.
ƏtraflıAzərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən Kompleks Tədqiqatlar Laboratoriyasında baytarlıq preparatlarının, bitki qulluq və mühafizə vasitələrinin (pestisidlər və gübrələr), eyni zamanda qida məhsulları ilə təmasda olan maddə və materialların, qida məhsullarının, bioloji aktiv qida məhsulları, həmçinin qida qatqılarının tərkib, keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələri aparılır. Bu da tarladan süfrəyədək təhlükəsiz qidanın təmin olunmasında mühüm rol oynayır.
Ətraflı