arrow

Dəniz məhsullarına qarşı allergiya

Dəniz məhsullarına qarşı allergiya
22-01-2026 16:15

Balıq, krevet, xərçəng, kalmar və molyusklar bəzi insanlarda güclü allergik reaksiyalara səbəb ola bilər.  Bu allergiyanın əsas səbəbi dəniz məhsullarının tərkibində olan zülallardır.

Allergik reaksiyalar, adətən, qidanın qəbulundan qısa müddət sonra yaranır və aşağıdakı əlamətlərlə müşahidə edilir:
 - Ürəkbulanma, qusma
 - Diareya, qarın ağrısı
 - Dəridə səpgilər və qaşınma
 - Nəfəs darlığı
 - Ağır hallarda isə anaflaksiya

Qeyd edək ki, bəzən dəniz məhsullarına qarşı allergiya əlamətləri qida zəhərlənməsi ilə qarışdırılır. Buna görə də düzgün diaqnoz və ehtiyatlı davranış vacibdir. 

 Allergiyası olan şəxslər dəniz məhsullarından və onların tərkibində olduğu qidalardan uzaq durmalı, etiket məlumatlarını diqqətlə oxumalıdırlar.