arrow

Emal edilmiş qida məhsullarında allergiya riski

Emal edilmiş qida məhsullarında allergiya riski
01-10-2026 16:36

Emal edilmiş qida məhsullarının dadını, teksturasını və qida xüsusiyyətlərini yaxşılaşdırmaq məqsədilə müxtəlif zülal tərkibli inqrediyentlərdən istifadə olunur. Bu inqrediyentlərin bir qismi qida allergenləri olduğundan qida allergiyası olan həssas şəxslər üçün ciddi sağlamlıq riski yarada bilər.

Ən çox rast gəlinən allergenlər arasında:

Süd zülalları – kazein və zərdab zülalları;

Yumurta zülalları – albumin və digər zülallar.

Bu allergenlər və ya onları ehtiva edən zülallara emal olunmuş ət məhsullarında, taxıl və un məmulatlarında, çərəzlərdə, şirniyyatlarda, souslarda və digər hazır qida məhsullarında rast gəlinir.

Qida allergiyası olan şəxslərdə bu maddələrin qəbulu dəri səpkisi və qaşınma, nəfəs darlığı, həzm pozuntuları, ağır hallarda isə anafilaksiya kimi ciddi allergik reaksiyalara səbəb ola bilər.

Qida allergenləri məhsul etiketlərində müxtəlif adlarla, o cümlədən onların tərkibində olan zülalların adları ilə göstərilə bilər.

Sağlamlığınızı qorumaq üçün məhsul alarkən qida etiketlərini diqqətlə oxuyun və allergen məlumatlarına xüsusi diqqət yetirin.