Bəzən qida qəbul etdikdən sonra yaranan reaksiyanın allergiya, yoxsa başqa bir səbəbdən qaynaqlandığını anlamaq çətin ola bilər.
Bəs qida allergiyasını digər allergiya növlərindən necə fərqləndirmək olar?
Reaksiyanın nə ilə əlaqəli olduğu, simptomların necə və nə zaman başladığına diqqət yetirmək vacibdir.
Unutmayın ki, allergik reaksiyalar hər insanda fərqli şəkildə özünü göstərə bilər. Xüsusilə ciddi və ya sürətlə artan simptomlar zamanı vaxt itirmədən həkim-allerqoloqa müraciət etmək vacibdir.