arrow

Bioloji parçalana bilən materiallar

Bioloji parçalana bilən materiallar
18-11-2026 15:22

Bioloji parçalana bilən materiallar bakteriya və göbələklər kimi mikroorqanizmlərin təsiri ilə ekoloji şəraitdə daha sadə maddələrə parçalanan materiallardır.

Kağız, karton, pambıq və ağac bu materiallara nümunədir. Nişasta əsaslı qablaşdırmalar və PLA kimi bəzi bioplastiklər də müəyyən şəraitdə bioloji parçalana bilir.

Bu materiallardan qablaşdırma, birdəfəlik qablar və kənd təsərrüfatı məhsullarının hazırlanmasında istifadə olunur. Onların əsas xüsusiyyəti mikroorqanizmlərin təsiri ilə parçalanmalarıdır. Lakin parçalanma müddəti materialın tərkibindən və ətraf mühitdən də asılıdır.

Bioloji parçalana bilən hər material təbiətdə qısa müddətdə parçalanmır. Bəzi məhsulların parçalanması üçün sənaye kompostlaşdırması kimi xüsusi şərait tələb olunur.   Bu səbəbdən məhsul seçərkən onun tərkibinə, üzərindəki işarələrə və utilizasiya qaydalarına diqqət yetirmək vacibdir.

Kiçik seçimlərimiz böyük dəyişikliklər yarada bilər! Birdəfəlik plastikdən istifadəmizi azaldaq, təkrar istifadə edilə bilən məhsullara üstünlük verək və təbiəti birlikdə qoruyaq