Yay mövsümündə yetişən meşə və bağ giləmeyvələrindən biri olan böyürtkən yüksək qida dəyəri ilə seçilir.
Böyürtkən:
Güclü antioksidant tərkibi sayəsində hüceyrələrin zədələnmədən qorunmasına və orqanizmdə iltihabın azalmasına kömək edir.
C vitamini və digər faydalı maddələr immun sisteminin normal fəaliyyətini dəstəkləyir.
Tərkibindəki lif bağırsaqların normal fəaliyyətinə və həzmin yaxşılaşmasına kömək olur.
Antioksidantlar və flavonoidlər damarların sağlamlığının qorunmasına və qan təzyiqinin normal səviyyədə saxlanmasına dəstəkçidir.
K vitamini, maqnezium və kalsium kimi minerallar sümüklərin normal quruluşunun və möhkəmliyinin qorunmasına yardım edir.
Böyürtkən balanslı qidalanmada vitamin, mineral, lif və antioksidantlarla zəngin, faydalı giləmeyvələrdən biridir.