İsti yay günlərinin ən ləzzətli və faydalı meyvələrindən biri olan ərik sağlam qidalanmada xüsusi yer tutur.
Tərkibində olan A vitamini və beta-karotin görmə funksiyasının normal fəaliyyətinin dəstəklənməsinə kömək edir.
C vitamini və antioksidantlarla zəngin olduğu üçün immun sistemini gücləndirərək orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.
Lifli (sellüloza) quruluşu bağırsaq fəaliyyətini yaxşılaşdırır, həzm prosesini tənzimləyir.
Antioksidantlar dəri hüceyrələrini qoruyaraq onun daha sağlam, parlaq və təravətli görünməsini təmin edir.
Tərkibindəki kalium isə normal qan təzyiqinin qorunmasına və ürək-damar sisteminin fəaliyyətinə dəstəkdir.
Ərik həm təzə, həm də qurudulmuş formada istehlak edilir. Lakin qurudulmuş ərikdə suyun azalması nəticəsində şəkərin konsentrasiyası artdığı üçün gün ərzində porsiya miqdarına nəzarət etmək tövsiyə olunur.
Yay mövsümündə bu rəngli, dadlı meyvəni rasionunuza əlavə edərək sağlamlığınızı dəstəkləyə bilərsiniz!