arrow

Ev şəraitində konserv hazırlayarkən nələrə diqqət etməliyik?

Ev şəraitində konserv hazırlayarkən nələrə diqqət etməliyik?
23-09-2026 12:48

Evdə hazırlanan konservlər uzun illərdir mətbəximizin ayrılmaz hissəsidir. Lakin onların təhlükəsiz olması üçün hazırlanma və saxlanma qaydalarına düzgün əməl etmək vacibdir.

Konserv hazırlayarkən təmiz və sağlam xammaldan istifadə etmək, bankaları düzgün sterilizasiya etmək və məhsulları uyğun temperaturda saxlamaq tövsiyə olunur. 

Ev şəraitində konserv hazırlayarkən hər şeydən əvvəl xammal kimi istifadə olunacaq meyvə-tərəvəz sağlam, zədəsiz olmalı, yaxşı yuyulmalı, saplağı varsa kəsilib götürülməlidir.

Məhsulların konservləşdirilməsində istifadə olunan meyvə-tərəvəz yaxşı yuyulmadıqda, onların üzərində torpaq hissəcikləri qalır ki, bu da torpaqda yaşayan, botulizmə səbəb olan mikroorqanizmlərin konserv məhsuluna keçməsinə şərait yaradır.

Konserv bankasının qapağında şişmə, məhsulun rəngində, qoxusunda və ya görünüşündə dəyişiklik müşahidə olunarsa, həmin məhsuldan istifadə etmək olmaz.