Yay mövsümündə yetişən şirəli və ətirli şaftalı həm dadı, həm də qida dəyəri ilə seçilən meyvələrdən biridir.
Tərkibindəki C vitamini və antioksidantlar sayəsində immun sisteminin normal fəaliyyətini dəstəkləyir və orqanizmin xəstəliklərə qarşı müdafiə gücünü artırmağa kömək edir.
A və C vitaminləri ilə zəngin olduğu üçün dəri hüceyrələrinin yenilənməsini dəstəkləyir, dərinin daha sağlam və parlaq görünməsinə töhfə verir.
Liflərlə zəngin tərkibi bağırsaq fəaliyyətinin tənzimlənməsinə kömək olur, həzm prosesini dəstəkləyərək qəbizlik riskini azaldır.
Kalium və antioksidantlar ehtiva etdiyi üçün qan təzyiqinin normal səviyyədə saxlanmasına və ürək-damar sisteminə funksional dəstəkdir.
Tərkibindəki beta-karotin və digər antioksidantlar göz sağlamlığının qorunmasına və yaşa bağlı görmə problemlərinə dair riskin azalmasına kömək olur.
Şaftalı təzə halda yeyilə, həmçinin şirə və salatlara əlavə edilə bilər. Bu da onu qida rasionu üçün faydalı meyvəyə çevirir. Balanslı istehlak tövsiyə olunur.