arrow

Tutun faydaları

Tutun faydaları
18-06-2026 15:03

Yayın gəlişi ilə süfrələrimizi bəzəyən ağ və qara tut sadəcə dadlı bir meyvə deyil, həm də faydalı qida məhsuludur!

Yüksək qida dəyərinə malik tut: 

- Tərkibindəki C vitamini və antioksidantlar sayəsində immun sisteminin normal fəaliyyətini dəstəkləyir, bədənin ümumi müqavimətinin güclənməsinə kömək edir;

- Xüsusilə qara tut müəyyən miqdarda dəmir ehtiva etdiyi üçün ümumi qidalanma balansına müsbət təsir göstərir;

- Lifli (sellüloza) quruluşu ilə bağırsaq fəaliyyətinin normal saxlanmasına köməklik göstərir;

- Tərkibindəki kalium sayəsində normal qan təzyiqinin qorunmasına töhfə verə bilir və ürək-damar sağlamlığını dəstəkləyir. 

Tutu həm təzə, həm də qurudulmuş halda istehlak etmək olar. Lakin qurudulmuş tutda su miqdarı azaldığı üçün qida maddələri, o cümlədən şəkərin konsentrasiyası yüksəlir. Buna görə də porsiya miqdarına diqqət edilməsi tövsiyə olunur! 

Sağlam və balanslı qidalanma üçün bu rəngli mövsüm meyvəsini rasionunuza əlavə etməyi unutmayın!