Yayın sonuna doğru yetişən üzüm həm ləzzəti, həm də faydalı maddələrlə zəngin tərkibi ilə seçilir. Müxtəlif rəngli üzüm növləri antioksidantlar, vitaminlər və minerallarla sağlam qidalanmaya fayda verən meyvələrdəndir.
Niyə üzüm yeməliyik?
Üzümün tərkibindəki resveratrol və digər faydalı maddələr hüceyrələrin zədələnməsinə qarşı qorunmağa kömək edən antioksidant xüsusiyyətlərə malikdir.
Üzümdəki faydalı maddələr damarların sağlamlığını və ürəyin normal fəaliyyətini dəstəkləyir.
Təbii şəkərlərlə zəngin olduğu üçün üzüm orqanizmə enerji verir və fiziki aktivlik zamanı faydalı seçim hesab olunur.
Tərkibindəki lif həzm sisteminin normal fəaliyyətinə və bağırsaqların sağlam işləməsinə kömək edir.
Vitaminlər və digər faydalı maddələr immun sisteminin normal fəaliyyətinə dəstək olur.
Üzüm və xüsusilə kişmiş təbii şəkərlərlə zəngin olduğundan gündəlik qidalanmada porsiya miqdarına diqqət etmək tövsiyə olunur.