Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Zeytun meyvəsindən əldə olunan bu bitki mənşəli yağ doymamış yağ turşuları, xüsusilə oleik turşusu, E vitamini və güclü antioksidantlar olan polifenollarla zəngindir.
Bu tərkib hüceyrələri oksidləşdirici zədələnmədən qorumağa, orqanizmin normal fəaliyyətinə və balanslı qidalanmanı dəstəkləməyə kömək edir.
Yağın keyfiyyəti yalnız zeytunun növündən deyil, həm də istehsal prosesindən asılıdır. Aşağı temperaturda aparılan “soyuq sıxım” üsulu faydalı maddələri maksimum qoruyur.
Zeytun yağının növünə görə istifadə sahəsi dəyişir: bəziləri salat və çiy istifadə üçün, bəziləri isə yüksək temperaturda bişirmə üçün daha uyğundur.
Düzgün seçilmiş zeytun yağı yeməyə həm ləzzət qatır, həm də qidanın faydasını artırır.