arrow

Qida mifləri: Dondurma yayda ən yaxşı sərinləşdirici qidadır?

Qida mifləri: Dondurma yayda ən yaxşı sərinləşdirici qidadır?
04-08-2026 16:45

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) “Qida mifləri” rubrikasının budəfəki buraxlışında Dondurmanın yayda ən yaxşı sərinləşdirici qida olması ilə bağlı mövcud fikirlərə aydınlıq gətirilib. 

İnstitutun mütəxəssisləri bildirir ki, dondurma ağız boşluğu və boğaz nahiyəsində yerləşən soyuq reseptorları stimullaşdırdığı üçün insanda müvəqqəti sərinlik hissi yaradır. Lakin bu təsir qısamüddətlidir və bədənin əsas temperaturunu əhəmiyyətli dərəcədə aşağı salmır. 

Əksinə, dondurmanın tərkibində olan şəkər, yağ və digər qida maddələri həzm prosesində orqanizm tərəfindən parçalanır və bu zaman müəyyən miqdarda enerji sərf olunur. Nəticədə az da olsa istilik əmələ gələ bilər. Bu proses qidanın termik effekti adlanır. Yəni dondurma sərinlik hissi yaratsa da, bədəni real olaraq sərinləşdirən əsas vasitə hesab edilmir.