arrow

Qida mifləri: Meyvə şirəsi bütöv meyvədən daha sağlamdır?

Qida mifləri: Meyvə şirəsi bütöv meyvədən daha sağlamdır?
24-09-2026 15:01

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) “Qida mifləri” rubrikasının budəfəki buraxılışında meyvə şirəsinin bütöv meyvədən daha sağlam olması ilə bağlı mövcud fikirlərə aydınlıq gətirilib.

Bildirilib ki, meyvə şirəsi müəyyən vitamin və minerallarla təmin etsə də, bütöv meyvə daha üstün seçimdir. Çünki bütöv meyvədə vitamin və minerallarla yanaşı, həzm sisteminin normal fəaliyyətini və toxluq hissini dəstəkləyən pəhriz lifi qorunur. Şirə hazırlanarkən isə lifin əhəmiyyətli hissəsi itirilir.

“Şəkər əlavə edilməyib” ifadəsi “şəkər yoxdur” demək deyil. 100% meyvə şirəsində əlavə şəkər olmasa belə, meyvənin təbii şəkərləri qalır. Şirə istehlakında daha çox meyvəyə ekvivalent şəkərin qısa müddətdə qəbul edilməsi mümkündür.

Meyvə şirəsi seçərkən etiketə diqqət yetirmək vacibdir. “100% meyvə şirəsi”, “nektar” və “şirəli içki” eyni məhsul deyil və bəzi məhsullarda əlavə şəkər ola bilər.

Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz: