Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) “Qida mifləri” rubrikasının budəfəki buraxılışında yayda yalnız salat yeməyin ən sağlam seçim olması ilə bağlı mövcud fikirlərə aydınlıq gətirilib.
İnstitutun mütəxəssisləri bildirirlər ki, tərəvəz və göyərtilər vitamin, mineral, lif və su ilə zəngin olsa da, yalnız sadə salatlarla qidalanmaq orqanizmin enerji və qida maddələrinə olan bütün ehtiyacını qarşılamır. Bu cür qidalanma uzun müddət davam etdikdə halsızlıq, daimi aclıq hissi və bəzi vacib qida maddələrinin çatışmazlığına səbəb ola bilər.