arrow

Əncirin faydaları

Əncirin faydaları
08-12-2026 16:45

Kiçik ölçüsünə baxmayaraq əncir vitamin, mineral və liflə zəngin meyvələrdən biridir. Mövsümündə qidalanmaya əlavə edildikdə həm menyunu zənginləşdirir, həm də orqanizmin sağlam fəaliyyətini dəstəkləyir.

Əncirin faydaları:

✔️ Liflə zəngin olduğu üçün həzm sisteminin normal fəaliyyətini və bağırsaqların sağlam işləməsini dəstəkləyir.

✔️ Tərkibindəki kalsium, maqnezium və fosfor sümüklərin möhkəmliyinin və sağlamlığının qorunmasında rol oynayır.

✔️ Kalium və antioksidantlar ürək-damar sisteminin normal fəaliyyətinə kömək olur.

✔️ Təbii şəkər tərkibi orqanizm üçün enerji mənbəyidir və gündəlik fəaliyyət zamanı enerji verir.

Antioksidantlar hüceyrələri zədələnmədən qoruyur və immun sisteminin normal fəaliyyətini dəstəkləyir.

Qurudulma zamanı əncirdə suyun miqdarı azaldığı üçün eyni çəkidə təzə əncirlə müqayisədə daha yüksək şəkər konsentrasiyası və kalori miqdarı yaranır.

Mövsümi meyvələri gündəlik qidalanmaya əlavə etmək sağlam qidalanmanın əsas prinsiplərindən biridir. Əncir də bu baxımdan faydalı seçimlərdən hesab olunur.