arrow

Qarpızın faydaları

Qarpızın faydaları
06-08-2026 14:45

Yay aylarının ən sevilən meyvələrindən biri olan qarpız yüksək su tərkibi və faydalı maddələri ilə seçilir.

Qarpız:

- Təxminən, 90–92%-i sudan ibarət olan tərkibi isti havalarda bədənin su ehtiyacının qarşılanmasına kömək olur.

- Tərkibindəki likopen və sitrullin kimi faydalı maddələr damarların normal fəaliyyətini və qan dövranını dəstəkləyir.

- Yüngül sidikqovucu xüsusiyyətə malik olduğundan böyrəklərin normal fəaliyyətinə və bədəndə maye mübadiləsinə dəstək olur.

- Güclü antioksidantlar, xüsusilə likopen və C vitamini hüceyrələrin zədələnmədən qorunmasına kömək edir.

- C vitamini kollagenin yaranmasında rol oynayır və dərinin sağlamlığının qorunmasına töhfə verir.

Qarpız təbii şəkər ehtiva edir. Buna görə xüsusilə qan şəkərinə nəzarət edən şəxslərin porsiyaya diqqət etməsi tövsiyə olunur. 

Sağlam və balanslı qidalanmanın bir hissəsi olaraq qarpızı yay mövsümündə rasionunuza əlavə edə bilərsiniz.