Azərbaycan
Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Xocalı soyqırımının 34-cü ildönümünə
həsr edilən anım tədbiri keçirilib.
Tədbir
iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik
sükutla yad ediblər. Daha sonra Xocalı soyqırımını əks etdirən videoçarx
nümayiş olunub.
Tədbirdə
çıxış edən AQTA-nın sədr müavini Əziz Şərifov 1992-ci il fevralın 25-dən 26-na
keçən gecə Xocalı şəhərində dinc insanlara qarşı törədilən misli görünməmiş
qətliamdan bəhs edib. O bildirib ki, bu faciə təkcə Azərbaycan xalqına deyil,
bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayətlərdən biridir.
Sədr
müavini Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədən sonra Xocalının
azad olunmasını tarixi ədalətin bərpası kimi dəyərləndirib, Xocalı sakinlərinin
mərhələli şəkildə doğma yurdlarına qayıdışının təmin olunduğunu, şəhərdə
genişmiqyaslı bərpa və yenidənqurma işlərinin sürətlə davam etdiyini diqqətə
çatdırıb.