Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun kollektivi Şəhidlər xiyabanını ziyarət edib.
Ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad edilib.