arrow

AQTA nümayəndə heyəti Rusiyada səfərdədir

AQTA nümayəndə heyəti Rusiyada səfərdədir
23-07-2026 17:55

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nümayəndələrindən ibarət heyət Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) tabeliyindəki Baytarlıq Sanitariyası, Gigiyena və Ekologiya üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutunda (FGBU “VNİİZJ”) olublar.

Görüşdə FGBU “VNİİZJ”in fəaliyyət istiqamətləri, o cümlədən heyvan xəstəlikləri törədicilərinin öyrənilməsi, ştammlar əsasında vaksinlərin hazırlanması və tətbiqi barədə məlumat verilib.

Tərəflər kənd təsərrüfatı heyvanları arasında yayılan transsərhəd xəstəliklərin, xüsusilə dabağın profilaktikası və diaqnostikası məsələlərini müzakirə ediblər. 

Görüş çərçivəsində Azərbaycan və Rusiya mütəxəssisləri arasında baytarlıq təbabəti və bioloji təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması məsələləri də müzakirə olunub.