Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu əczaçı ixtisası üzrə peşəkar kadrları işə dəvət edir.
Əsas vəzifə öhdəlikləri:
* Qida məhsullarına dair normativ-texniki sənədlərin ekspertizasının təşkili və idarə olunması;
* Texniki, keyfiyyət və təhlükəsizlik sənədlərinin qiymətləndirilməsi;
* Ekspert rəylərinin hazırlanması və təqdim edilməsinə nəzarət;
* Sektorun fəaliyyətinin planlaşdırılması və əməkdaşların işinin koordinasiyası;
* Qida məhsulları sahəsində normativ tələblərin tətbiqinə nəzarət;
* Aidiyyəti qurumlarla əməkdaşlığın həyata keçirilməsi;
* Hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi.
Namizədə dair tələblər:
* Əczaçılıq ixtisası üzrə ali təhsil;
* Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
* Normativ-texniki sənədlərlə işləmək bacarığı;
* Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
* Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
* Analitik düşünmə, təşkilatçılıq və komanda idarəetmə bacarıqları.
Təklif edirik:
* Peşəkar komandada çalışma imkanı;
* Karyera inkişafı üçün əlverişli iş mühiti;
* Rəqabətqabiliyyətli əməkhaqqı.
Müraciət qaydası:
Namizədlər CV-lərini məktubun mövzu hissəsində “Əczaçı” qeyd etməklə info@afsi.gov.az elektron poçt ünvanına göndərə bilərlər.