arrow

AQTİ-nin əməkdaşı iqlim dəyişikliyi ilə bağlı konfransda çıxış edib

AQTİ-nin əməkdaşı iqlim dəyişikliyi ilə bağlı konfransda çıxış edib
11-09-2026 20:41

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Elmi Araşdırmalar Mərkəzinin Qida təhlükəsizliyi və risklərin qiymətləndirilməsi şöbəsinin müdiri Vəfa Ağayeva "EkoSfera" Ekoloji-Sosial Mərkəz İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "II LCOY Azərbaycan 2026 - II İqlim Dəyişikliyi üzrə Gənclərin Lokal Konfransı"nda çıxış edib. 

Vəfa Ağayeva çıxışı zamanı artan iqlim dəyişiklikləri fonunda qidanın keyfiyyətinə və təhlükəsizliyinə, eləcə də insan sağlamlığına təsir edən amillərdən bəhs edib. O, bioloji və kimyəvi çirklənmələrin qarşısının alınması məqsədilə AQTİ-nin Analitik Ekspertiza Mərkəzinin laboratoriyalarında müasir standartlara uyğun analizlərin aparıldığını vurğulayıb.

Şöbə müdiri əlavə edib ki, İnstitutun Elmi Araşdırmalar Mərkəzində qeyd olunan risklər, ilk növbədə, yerli qanunvericiliyin tələbləri, həmçinin Avropa standartları, Kodeks Alimentarius standartları və digər beynəlxalq standartlar əsasında qiymətləndirilir.