arrow

AQTİ-nin səyyar laboratoriyaları Cəbrayıl və Füzulidə operativ xidmət göstərib

AQTİ-nin səyyar laboratoriyaları Cəbrayıl və Füzulidə operativ xidmət göstərib
28-05-2026 14:04

Qurban bayramı günlərində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) stasionar və səyyar laboratoriyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

Cəbrayıl və Füzuli rayonlarında, eləcə də Bakı şəhərində təşkil olunan heyvan kəsimi çadırlarında AQTİ-nin səyyar laboratoriyaları operativ xidmət göstərib.

Qurbanlıq heyvanlarda hər hansı xəstəlik şübhəsi yarandığı hallarda  nümunələr götürülərək laborator müayinələrin operativ şəkildə aparılması üçün bütün zəruri şərait təmin olunub.

AQTİ-nin laboratoriyaları qida təhlükəsizliyi sahəsində müxtəlif növ müayinələrin həyata keçirilməsi üçün müasir avadanlıqlarla tam təchiz edilib.