Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida zənciri boyunca fəaliyyət göstərən sahibkarlıq subyektlərinin təhlükəsiz və keyfiyyətli məhsul istehsalı və satışını təmin etmək məqsədilə peşəkar qiymətləndirmə və nəzəri-praktiki təlim xidmətlərini davam etdirir.
“Bazarstore” marketlər şəbəkəsinin filialında aparılan nəzəri-praktiki təlim çərçivəsində müəssisənin “Qida təhlükəsizliyi haqqında” qanun və digər normativ sənədlərə uyğun fəaliyyəti, eləcə də xammalın qəbulundan hazır məhsulun satışına qədər bütün mərhələlərdə sanitar-gigiyenik və sanitar-texniki normalara riayət edilməsi diqqətlə yoxlanılır.
İnstitut bu fəaliyyətlə qida təhlükəsizliyi standartlarının ölkə üzrə tətbiqinin genişləndirilməsinə, istehlakçıların təhlükəsiz məhsulla təmin olunmasına və sahibkarlıq subyektlərinin məsuliyyətli iş praktikasına dəstək verməyə davam edir.