Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “AZZA” QSC-nin qida ilə təmasda olan əməkdaşları üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim təşkil olunub.
Təlim zamanı iştirakçılara qüvvədə olan qanunvericiliyin tələbləri izah edilib, sanitariya-gigiyena və şəxsi gigiyena qaydaları, çarpaz çirklənmənin qarşısının alınması, HACCP sisteminin əsas prinsipləri, qida təhlükələri və onların idarə olunması, eləcə də zərərvericilərə qarşı mübarizə və nəzarət tədbirləri barədə ətraflı məlumat verilib.
Sonda isə interaktiv müzakirələr aparılıb və təlim iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.