arrow

AQTİ tərəfindən “Halal Dad” MMC-yə HACCP sertifikatı təqdim edilib

AQTİ tərəfindən “Halal Dad” MMC-yə HACCP sertifikatı təqdim edilib
29-12-2025 15:43

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida sahəsində fəaliyyət göstərən müəssisələrdə HACCP (Təhlükə Analizi və Kritik Nəzarət Nöqtələri) sisteminin qurulması, sənədləşdirilməsi və tətbiqi istiqamətində məsləhət və metodiki dəstək xidmətləri göstərməklə yanaşı, həmin müəssisələrdə mövcud sistemlərin qiymətləndirilməsini də həyata keçirir. 

HACCP sisteminin tətbiqi nəticəsində istehsal prosesi nəzarət altında saxlanılır, mümkün təhlükə mənbələri vaxtında aradan qaldırılır və istehlakçılara təhlükəsiz, keyfiyyətli qida məhsullarının təqdim olunmasına zəmanət verilir. 

Bununla da, “Halal Dad” MMC-nin ət və ət məhsulları emalı üzrə fəaliyyət göstərən müəssisəsi bu tələblərə tam cavab verdiyi üçün AQTİ tərəfindən HACCP sertifikatına layiq görülüb. 

Qeyd edək ki, “Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qida subyektləri öz qida obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar.

AQTİ-nin HACCP sisteminin tətbiqi ilə bağlı təqdim etdiyi xidmətlərdən faydalanmaq istəyən sahibkarlıq subyektləri info@afsi.gov.az elektron poçt ünvanına məktub göndərə və ya “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.