Azərbaycan Qida
Təhlükəsizliyi İnstitutu (AQTİ) regionlarda (Xaçmaz, Şamaxı, Salyan, Tovuz,
Ucar, Bərdə) epidemioloq vəzifəsinə peşəkar kadrları işə dəvət edir.
Namizəd üçün
tələblər:
• Ali tibbi təhsil (həkim, epidemiologiya, gigiyena və ya
tibbi profilaktika ixtisası üzrə);
• Qida mənşəli xəstəliklər və zəhərlənmələr üzrə araşdırma
aparmaq bacarığı;
• Epidemioloji nəzarət prinsipləri, xəstəliklərin yayılma
dinamikası və risk analizi üsulları haqqında biliklər;
• Kompüter, statistika və məlumat bazaları ilə işləmə
bacarığı.
Vəzifə
öhdəlikləri:
• Regionlarda qida mənşəli xəstəliklər və kütləvi zəhərlənmə
hadisələri üzrə epidemioloji araşdırmalar aparmaq;
• Epidemioloji məlumatları toplamaq, emal və təhlil etmək,
hesabatlarını hazırlamaq;
• Qida zəncirinin müxtəlif mərhələlərində yoluxucu
xəstəliklərin yayılma risklərini qiymətləndirmək;
• Laborator nəticələrlə epidemioloji məlumatları inteqrasiya
və interpretasiya etmək;
• Epidemioloji nəzarət və erkən xəbərdarlıq sistemlərinin
təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
• Qida təhlükəsizliyi sahəsində epidemioloji risklərin idarə
olunması üzrə təlimat və tövsiyələr hazırlamaqda iştirak etmək.
Əlavə
məlumatlar:
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə
“Epidemioloq” qeyd edərək hr@afsa.gov.az ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 24.05.2026