Azərbaycan Qida Təhlükəsizliyi
Agentliyi (AQTA) ölkədə erkən yaşda heyvan kəsiminin qarşısının alınması
istiqamətində “Erkən kəsimə son!” maarifləndirmə kampaniyasını davam etdirir.
AQTİ-nin eksperti, ”Qarabağ” futbol klubunun diyetoloqu İlqar Şamilov da kampaniyaya
qoşularaq vətəndaşlara çağırış edib.
İlqar Şamilov müraciətində
bildirib ki, qida keyfiyyəti yalnız kaloridən ibarət deyil, həm də məhsulun
bioloji dəyəri və yetişmə səviyyəsi ilə birbaşa bağlıdır. Onun sözlərinə görə,
xüsusilə 6 aydan kiçik quzuların kəsilməsi nəticəsində əldə olunan ət tam
formalaşmamış əzələ və piy strukturu səbəbindən həm qida dəyəri, həm də
texnoloji keyfiyyət baxımından zəif olur.
Ekspert əlavə edib ki,
erkən kəsim yalnız qida keyfiyyətinə deyil, həm də gələcəkdə davamlı və keyfiyyətli
qida təminatına mənfi təsir göstərir. Bu isə ölkədə heyvandarlığın inkişafı və
qida təhlükəsizliyi baxımından arzuolunmaz nəticələrə səbəb ola bilər.
Ətraflı videolink: