arrow

Ev şəraitində hazırlanan konservlərin təhlükəsizliyi necə təmin olunmalıdır?

Ev şəraitində hazırlanan konservlərin təhlükəsizliyi necə təmin olunmalıdır?
15-10-2026 15:14

Payız-qış mövsümündə əhali ev şəraitində hazırlanmış konservləşdirilmiş məhsullara daha çox üstünlük verir. Təəssüf ki, bu dövrdə qida zəhərlənməsi hallarının başvermə riski də artır. Belə zəhərlənmələr əsasən sanitar-gigiyenik qaydalara əməl olunmaması və konservləşdirmə zamanı texnoloji tələblərin pozulması ilə əlaqədardır. 

Konservləşdirmə zamanı istifadə olunan meyvə və tərəvəzlər yaxşı yuyulmalı, məhsulların yerləşdiriləcəyi şüşə bankalar isə bütöv və zədəsiz olmalıdır. Qablaşdırmalar istifadədən əvvəl müvafiq qaydada sterilizasiya edilməlidir. Konservləşdirilən məhsulun növünə uyğun olaraq, kifayət qədər duz və sirkə əlavə edilməlidir. 

Hazırlanmış konservlərin düzgün şəraitdə saxlanılması həm qida təhlükəsizliyinin təmin edilməsi, həm də məhsulun keyfiyyətinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Konserv məhsullarını alarkən və istifadə edərkən ilk növbədə qablaşdırmanın xarici görünüşünə diqqət yetirilməlidir. 

Qapağı şişmiş, bankası zədələnmiş konservlərdən istifadə edilməməlidir. Bundan əlavə, məhsulun etiketində göstərilən yararlılıq müddəti, saxlanma şəraiti və digər məlumatlar yoxlanılmalıdır. Məhsulun rəngində, qoxusunda və ya görünüşündə dəyişiklik müşahidə edildikdə, ondan istifadə etmək tövsiyə olunmur.           

Ətraflı linkdə tanış ola bilərsiniz: