arrow

Halal istehsalda infrastruktur tələbləri

Halal istehsalda infrastruktur tələbləri
27-10-2026 14:12

Halal istehsal yalnız məhsulun tərkibinin halal tələblərinə uyğunluğu ilə məhdudlaşmır.

Halal standartlarına uyğunluq xammalın qəbulundan başlayaraq saxlanma, emal, qablaşdırma və daşınma mərhələlərini əhatə edən bütöv istehsal prosesində təmin edilməlidir. 

Halal standartlarına uyğun müəssisələrdə:

- Halal və halal olmayan məhsullar ayrı saxlanılır.

- Çarpaz çirklənmə riskinin qarşısı alınır.

- İstehsal avadanlıqları müəyyən edilmiş qaydalara uyğun təmizlənir.

- Saxlama sahələri və istehsal xətləri təmiz, nəzarət altında və izlənilə bilən vəziyyətdə saxlanılır.

- İstehsal prosesləri sənədləşdirilir və halal nəzarət nöqtələri müəyyən edilir.

- İşçi heyət halal qaydaları, gigiyena və qida təhlükəsizliyi üzrə mütəmadi təlimlərə cəlb olunur.

Bütün bu tələblərə riayət edilməsi halal statusunun qorunmasına və qida təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

Müəssisənizi halal standartları üzrə sertifikatlaşdırmaq üçün:

- halal@afsi.gov.az ünvanına yaza;

- 1003 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.