Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Halal sertifikatlı məhsulun etiketlənməsi sadəcə loqo yerləşdirməkdən ibarət deyil, istehlakçı ilə ilk təmas nöqtəsidir.
Aydın və görünən loqo
Halal nişanı məhsul üzərində silinməz, tam və açıq şəkildə yerləşdirilməli, gizlənmiş, solmuş və ya örtülmüş olmamalıdır.
Kodlaşdırılmış sertifikat nömrəsi
Məhsul üzərində sertifikatın nömrəsi göstərilməlidir. Bu, istehlakçıya sertifikatın doğruluğunu istənilən vaxt yoxlama imkanı verir.
Beləliklə, məhsulun halal və etibarlı olduğu ilk baxışdan görünür və istehlakçı rahat seçim edə bilir.
Məhsullarınızı halal etiketləmə tələblərinə uyğunlaşdırmaq üçün:
halal@afsi.gov.az ünvanına yazın
və ya
1003 Çağrı Mərkəzi ilə əlaqə saxlayın.