Ölkəmizdə
heyvanların identifikasiyası prosesi qanunvericiliyin tələblərinə uyğun olaraq,
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata
keçirilir. İndiyədək 1 milyon 48 min baş heyvan identikləşdirilib.
İdentifikasiya heyvanların mənşəyinin və hərəkətinin
izlənilməsinə, peyvəndləmə, müalicə və digər baytarlıq tədbirlərinin dəqiq
uçotunun aparılmasına xidmət edir. Həmçinin xəstəliklərin erkən aşkarlanmasına
və yayılmasının qarşısının alınmasına, “Fermadan süfrəyə” prinsipi əsasında
qida təhlükəsizliyinin təmin edilməsinə, heyvandarlıq təsərrüfatlarında
idarəetmənin təkmilləşdirilməsinə və məhsuldarlığın artırılmasına, eləcə də
itmiş və ya oğurlanmış heyvanların yerinin asan müəyyən edilməsinə imkan
yaradır.
Heyvanların identifikasiyası sağlam heyvandarlığın
inkişafı, təhlükəsiz qida zəncirinin və dayanıqlı kənd təsərrüfatının təmin
olunmasının vacib elementlərindən biridir.
İdentikləşmiş heyvan – sağlam sürü, təhlükəsiz qida
deməkdir!
Videoçarxın
linki: