arrow

İctimai iaşə müəssisələrinin nümayəndələri AQTİ-nin xidmətləri ilə bağlı məlumatlandırılıb

İctimai iaşə müəssisələrinin nümayəndələri AQTİ-nin xidmətləri ilə bağlı məlumatlandırılıb
03-12-2025 16:07

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) ictimai iaşə müəssisələrinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə qida sahəsində fəaliyyət göstərən sahibkarlara dəstək məqsədi ilə onların maarifləndirilməsi, müəssisələrin rəqabət qabiliyyətli olması üçün AQTİ tərəfindən atılan addımlardan bəhs olunub. 

Tədbirdə qeyd olunub ki, AQTİ tərəfindən həyata keçirilən "Ulduz-reytinq" layihəsi ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqini müəyyənləşdirir. Qiymətləndirmə prosesi sahibkarların könüllü müraciəti əsasında aparılır. Layihə çərçivəsində müəssisələrin qida təhlükəsizliyi tələblərinə əməl edilməsi, xidmətin keyfiyyəti və fəaliyyət standartlarına uyğunluğu sistemli şəkildə ölçülərək 3, 4 və 5 ulduzla qiymətləndirilir. 

Bu yanaşma həm ictimai iaşə obyektləri üçün keyfiyyət göstəricisi sayılır, həm də yerli və xarici müştərilər üçün daha etibarlı seçim imkanı yaradır. Görüş zamanı ictimai iașə müəssisələrinin nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.