Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Qida təhlükəsizliyi sistemində Kritik Nəzarət Nöqtəsi (CCP) məhsulun təhlükəsizliyini təmin edən ən vacib mərhələlərdən biridir.
CCP – qida istehsalı prosesində təhlükənin qarşısının alındığı, aradan qaldırıldığı və ya qəbul edilə bilən səviyyəyə endirildiyi kritik nəzarət nöqtəsidir.
- Təhlükənin effektiv idarə olunması
- Məhsulun təhlükəsizliyinin təmin edilməsi
- İstehlakçı sağlamlığının qorunması
Bu mərhələdə düzgün nəzarət aparılmazsa, məhsul insan sağlamlığı üçün risk yarada bilər və sonradan bu riski aradan qaldırmaq çox çətin olar.
HACCP sisteminin əsas məqsədi bütün prosesi deyil, məhz ən riskli və kritik nöqtələri nəzarətdə saxlamaqdır.