arrow

“LGC Standards” şirkətinin regional meneceri ilə AQTİ-də görüş olub

“LGC Standards” şirkətinin regional meneceri ilə AQTİ-də görüş olub
24-06-2026 18:09

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) laboratoriya fəaliyyətinin inkişafı və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə dünyanın aparıcı laboratoriya həlləri və keyfiyyət infrastrukturu sahəsində fəaliyyət göstərən "LGC Standards" şirkətinin regional meneceri Maciej Rychlicki ilə görüş keçirilib.


Görüş zamanı qlobal laboratoriya sektorunda müşahidə olunan yeni tendensiyalar, beynəlxalq keyfiyyət təminatı mexanizmləri, laboratoriyaların etibarlılığının artırılması istiqamətində tətbiq olunan müasir yanaşmalar müzakirə olunub. Həmçinin laboratoriya nəticələrinin beynəlxalq səviyyədə tanınmasının əhəmiyyəti, keyfiyyət infrastrukturunun gücləndirilməsi və qlobal əməkdaşlıq platformalarında iştirak imkanları barədə fikir mübadiləsi aparılıb.


Görüş çərçivəsində qonaq İnstitutun laboratoriyalarında yaradılmış müasir infrastrukturla tanış olub, tətbiq edilən analiz metodları, texnoloji imkanlar və keyfiyyət idarəetmə sistemləri barədə məlumatlandırılıb. Bildirilib ki, son illərdə həyata keçirilən modernləşdirmə tədbirləri nəticəsində İnstitut regionun qabaqcıl laboratoriya mərkəzlərindən birinə çevrilmək istiqamətində mühüm nailiyyətlər əldə edib.


Müzakirələr zamanı beynəlxalq təşkilatlar və aparıcı laboratoriya şəbəkələri ilə əməkdaşlığın genişləndirilməsi, mütəxəssislərin peşəkar inkişafı, qabaqcıl elmi-texniki biliklərin transferi, yeni analiz istiqamətlərinin tətbiqi imkanları nəzərdən keçirilib.


Qeyd olunub ki, bu kimi görüşlər beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafına, qabaqcıl təcrübələrin öyrənilməsinə, peşəkar bilik və təcrübə mübadiləsinin genişləndirilməsinə, həmçinin fəaliyyət istiqamətləri üzrə yeni əməkdaşlıq imkanlarının formalaşmasına əlverişli zəmin yaradır.


Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında aparılan fikir mübadiləsi ilə yekunlaşıb.