Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida zənciri boyunca fəaliyyət göstərən sahibkarlıq subyektlərinin təhlükəsiz və keyfiyyətli məhsul istehsalı və satışının təmin edilməsi məqsədilə peşəkar qiymətləndirmə və nəzəri-praktiki təlim xidmətləri sahəsində dəstəyini davam etdirir.
HACCP sisteminin tətbiqi çərçivəsində “Mangal Steak House Bayıl” restoranında nəzəri və praktiki təlim təşkil edilmişdir. AQTİ-nin mütəxəssisləri tərəfindən müəssisənin qanunvericiliyə uyğun fəaliyyəti yoxlanılmış, müəssisədaxili proseslər hərtərəfli qiymətləndirilmiş və HACCP sisteminin qurulması üçün müvafiq tövsiyələr verilmişdir.
Qeyd edilməlidir ki, HACCP qida təhlükəsizliyini təmin edən idarəetmə sistemidir. Qanunvericiliyə əsasən, HACCP sisteminin tətbiqi sahibkarlıq subyektləri üçün məcburi hesab olunur. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu müəssisələrdə HACCP sisteminin milli və beynəlxalq tələblərə uyğun qurulması, mövcud sistemlərin qiymətləndirilməsi və tətbiqi zamanı nəzəri-praktiki təlimlər təşkil edir. Xidmət çərçivəsində sertifikatlar verilir, istehsal prosesləri təhlükəsizlik standartlarına uyğunlaşdırılır və istehlakçı etimadı artırılır.