arrow

Mərkəzi Baytarlıq Laboratoriyası beynəlxalq səriştəlilik sınağında uğurlu nəticələr əldə edib

Mərkəzi Baytarlıq Laboratoriyası beynəlxalq səriştəlilik sınağında uğurlu nəticələr əldə edib
11-09-2025 17:23

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Mərkəzi Baytarlıq Laboratoriyası Böyük Britaniyanın VETQAS (APHA Scientific) şirkəti tərəfindən təşkil olunan növbəti beynəlxalq səriştəlilik sınağında iştirak edərək quduzluq xəstəliyinin ELİSA müayinə metodu ilə təyini üzrə aparılan müayinədə uğurlu nəticə əldə edib. 

Müasir maddi-texniki bazası və yüksək peşəkar heyəti ilə seçilən laboratoriya beynəlxalq tələblərə cavab verən ikinci səviyyəli biotəhlükəsizlik infrastrukturu ilə ölkədə baytarlıq sahəsində nümunəvi fəaliyyət göstərir. 

Burada mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələr həyata keçirilir ki, bu da heyvan sağlamlığı və zoonoz xəstəliklərin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir. 

Laboratoriyanın fəaliyyəti AZS ISO/IEC 17025 standartına uyğun olaraq həm Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən milli, həm də Türkiyə Akkreditasiya Qurumu “TÜRKAK” tərəfindən beynəlxalq akkreditasiyadan keçib.