Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) təşkilatçılığı və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) texniki dəstəyi ilə Şabran rayonunda pilot sorğu həyata keçirilib.
Sorğu qida təhlükəsizliyi risklərinə məruz qalmanın və qida vərdişlərinin qiymətləndirilməsi məqsədilə ölkəmizdə qida istehlakı məlumat bazasının yaradılması istiqamətində atılan mühüm addımdır
Şabran rayonu və onun üç kəndində 10 gün ərzində keçirilən pilot tədqiqatda 20–65 yaş arası 150 nəfər iştirak edib. Sorğu iştirakçılarının qidalanma məlumatları “24 saatlıq qidalanmanın xatırlanması metodu” vasitəsilə toplanıb və bu metod onların son 24 saat ərzində istehlak etdikləri qida və içkilər barədə məlumatların əldə edilməsinə əsaslanır.
Pilot sorğudan əldə edilən nəticələr gələcəkdə ölkə üzrə həyata keçiriləcək genişmiqyaslı qida istehlakı sorğusunun hazırlanması və uğurla icra olunması prosesi üçün etibarlı əsas olacaq.