arrow

Qida sahəsində çalışan əməkdaşlar üçün təlim təşkil olunub

Qida sahəsində çalışan əməkdaşlar üçün təlim təşkil olunub
10-04-2026 14:06

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən sahibkarlıq subyektlərinin əməkdaşları üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim təşkil olunub.

Təlim zamanı qida ilə təmasda olan mütəxəssislərə qüvvədə olan qanunvericiliyin tələbləri izah edilib, onların gündəlik fəaliyyətlərində bu qaydalara əməl etməyin əhəmiyyəti xüsusi vurğulanıb. İştirakçılar üçün müəssisələrdə tətbiq olunmalı əsas qida təhlükəsizliyi qaydaları ilə bağlı təqdimatlar keçirilib. Həmçinin qida təhlükəsizliyində şəxsi gigiyenanın əhəmiyyəti və təmizlik qaydalarından bəhs edilib. 

Sonda iştirakçılarla interaktiv müzakirələr aparılıb, onların sualları cavablandırılıb.