arrow

“Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim təşkil olunub

“Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim təşkil olunub
13-04-2026 17:07

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən (AQTİ) “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim təşkil olunub. Qida ilə təmasda olan mütəxəssislərə qüvvədə olan qanunvericiliyin tələbləri ətraflı izah edilib, bu qaydalara gündəlik fəaliyyət zamanı riayət etməyin vacibliyi xüsusi vurğulanıb. 

Bildirilib ki, qida təhlükəsizliyinin təmin olunmasında əsas risklər fiziki, kimyəvi və bioloji təhlükələrdən ibarətdir. Bu risklərin minimuma endirilməsi üçün mütəmadi nəzarətin həyata keçirilməsi, düzgün istehsalat təcrübələrinin tətbiqi və qida təhlükəsizliyi sistemlərinin effektiv şəkildə qurulması vacibdir.  

Eyni zamanda qeyd olunub ki, qida müəssisələrində gigiyenik qaydalara riayət edilməsi təhlükəsiz və keyfiyyətli məhsul istehsalının əsas şərtidir. Gigiyenik tədbirlər həm işçi heyətini, həm də istehsal mühitini əhatə etməlidir. 

Təlim iştirakçıları həmçinin qida məhsullarının düzgün saxlanması və dövriyyəsi ilə bağlı gigiyenik tələblərlə tanış olublar. 

Təlimin sonunda iştirakçılarla interaktiv müzakirələr aparılıb və onların sualları cavablandırılıb.