arrow

“Qida Təhlükəsizliyi Könüllüləri” mükafatlandırılıb

“Qida Təhlükəsizliyi Könüllüləri” mükafatlandırılıb
26-10-2026 15:41

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun üzvləri ilə görüş keçirilib.

Görüş zamanı könüllülərin üçaylıq təcrübə proqramı çərçivəsində əldə etdikləri bilik və bacarıqlar dəyərləndirilib, onların gələcək planları, hədəfləri və peşəkar inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda təcrübə proqramını uğurla başa vuran könüllülərə sertifikatlar təqdim olunub. Eyni zamanda, təşəbbüs qrupunun bir sıra üzvləri fəallıqlarına görə təşəkkürnamələrlə təltif ediliblər.