Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
“Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupuna yeni üzvlərin qeydiyyatı başladı!
Kimlər müraciət edə bilərlər?
• Qida təhlükəsizliyi və ya əlaqəli sahələr üzrə təhsilə malik şəxslər
Könüllü olaraq nələr edəcəksiniz?
• Təlim və infoturlarda iştirak;
• İstehlakçıların maarifləndirilməsi və sorğuların aparılması;
• Ali, orta-ixtisas və peşə təhsili müəssisələri ilə əməkdaşlıq çərçivəsində layihələrdə iştirak;
• Sertifikat və müvafiq məlumatların bazaya əlavə olunması.
Məqsədimiz ölkəmizdə qida təhlükəsizliyinə və gənclər siyasətinə ictimai dəstək göstərmək, gənclərin bu sahəyə töhfə verməsini təmin etməkdir.
Müsahibələr aprel ayında başlayacaq.
Qeydiyyatdan üçün link: https://shorturl.at/1hcvP