Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Müştərilər üçün restoran seçərkən ən vacib meyarlar gigiyena və qida təhlükəsizliyidir. Sahibkar olaraq isə bu etibarı göstərməyin ən aydın yolu reytinq ulduzudur.
3 ulduz – qanunla tələb olunan minimum tələblərə uyğunluq;
4 ulduz – yüksək keyfiyyət, peşəkar gigiyena və GHP–GMP standartları;
5 ulduz – HACCP sistemi ilə tam nəzarət, ən yüksək və “qızıl standart” səviyyə deməkdir.
Qapınızdakı reytinq ulduzu müştəriyə açıq mesaj verir: “Burada qida təhlükəsizliyi təmin olunur.”
Siz də ictimai iaşə obyektiniz üçün rəsmi reytinq ulduzu almaq istəyirsinizsə, info@afsi.gov.az elektron poçtuna yazın və ya 1003 Çağrı Mərkəzinə müraciət edin.